17 Dekabr 2013 13:19 (UTC+04:00)

Qızların sevimlisi, məşhur aktyor Çağatay Ulusoy məhkəmə zamanı bildirib ki, narkotik vasitələrini onun evinə sürücüsü Onur Tezər gətirib. Mövqe.az xəbər verir ki,bu açıqlamadan sonra, Onur Tezerin anası şok açıqlama ilə çıxış edib. O qeyd edibki, Çağatay vəkili ilə əl bir olub öz günahını onun oğlunun boynuna atmaq istəyir. O həmçinin qeyd edib ki, oğlunun vəkili Çağatayın vəkili ilə görüşüb. Çünki aktyorun əleyhinə danışmasından narahatdı. Nəzərinizə çatdıraq ki, bu il gənc aktyorun evindən narkotik vasitələr aşkar edilib. Və hal-hazırda istintaq davam edir.