Əllərinizi sabunla yuyarkən ehtiyyatlı olun!

17 Dekabr 2013 16:49 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ Səhiyyə xidməti rəsmiləri insanlara antibakterial sabun və maye gellərlə bağlı xəbərdarlıq edib. Ərzaq və Dərman Adminstrasiyası (FDA) bu cür məhsulların təhlükəsizliyinə baxılması məsələsini qaldırıb. Onlar, istehlakçılardan bu cür sabunların təhlükəsizlik sübutlarını tələb ediblər.  Son araşdırmalar göstərib ki, bu cür məhsulların tərkibindəki maddələr hormon səviyyəsini artırır və narkotikə davamlı bakteriyaların sayında çoxalma yaradır. Bu qayda tərkibində alkoqol olan maye əl  sabunlarına və səhiyyəylə bağlı bölgələrdə istifadə olnan məhsullara aid edilməyib. "İstehsalçılar öz məhsulları üzərində aparılan kliniki işlərin nəticəsini görmək üçün 2014-cü ilin sonuna kimi gözləməlidirlər" FDA rəsmiləri belə deyib. . Bu tənzimləmə 2016-cı ildə sona çatacaq.