Qadın prezervativlərinin satışı artıb

17 Dekabr 2013 17:00 (UTC+04:00)

Qadın prezervativi 20 il əvvəl ilk dəfə bazara çıxarılanda müvəffəqiyyətsizliyə uğramışdı, amma tamamilə də satışdan çıxmamışdı. Hazırda bir sıra şirkət yeni məhsullarla bu rəqabətdə iştirak edir. 

Rəsmi adı FC1 olsa da , bir çoxları bu məhsulu Femidom ya da Reality adlarıyla tanıyır. FC1-i çıxaran Chartexin rəhbəri Meri Enn Liper , o dövrdə qadınların başlarının çarəsinə baxa bilmək lazım olduğuna inandığını , lakin bu böyük və sürüşkən məhsulun , Avropa və ABŞ-dakı müştərilərə belə nə qədər qəribə gələcəyi ehtimalını nəzərə almadıqlarını söyləyir. FC1-in bəzi dizayn səhvlərinin olduğu şübhəsiz bəlli idi. Poliretandan hazırlanan prezervativ , cinsi əlaqə əsnasında çox səs çıxarırdı . İlk illərdə Chartexin xələfi Female Health Company , istehsala son vermək fikrini belə qiymətləndirdi. Amma 1995-ci ildə bir gün Liper, Zimbabvedəki HİV və AIDS kampaniyası üçün məsul axtarırdı. Bu seçim, qadın prezervativlərini inkişaf etməkdə olan ölkələrə daşıyan əhəmiyyətli bir addım oldu. FC1-in yerini alan FC2 , daha az səs çıxaran sintetik lateks maddəsindən hazırlandı və Qərbdə bir çoxlarının təxmin etdiyindən daha uğurlu oldu. 138 ölkədə əldə olunan bu məhsulun satışı 2007-ci ildən bəri ikiqat artıb və Female Health Company səkkiz ildir bu sayədə mənfəət əldə edir. Satışlar ən çox ABŞ yardım təşkilatı USAID , Birləşmiş Millətlər Təşkilatı , Braziliya və Cənubi Afrika Səhiyyə Nazirliklərinə edilir.

Qadın prezervatiflerinin başqa üstünlükləri də var. Cinsi əlaqədən saatlar əvvəl yerləşdirildiyindən əlaqədən əvvəl və sonra hər hansı bir diqqət dağınıqlığına səbəb olmur.


Həmçinin qadınların cinsi əlaqə yoluyla bulaşan xəstəliklərdən daha yaxşı müdafiəsini təmin edir.