Hansı məşhur ailə Yeni ili Karib adalarında qeyd edəcək?

17 Dekabr 2013 16:59 (UTC+04:00)

Məşhur futbolçu Devid Bekhem və onun həyat yoldaşı Viktoriya Bekhem yeni il məzuniyyətini Karib adalarında keçirtməyi planlaşdırır. Mövqe.az xəbər verir ki, onlar məzuniyyət günlərini dəyəri 70 min dollar təşkil edən villada qalmağı düşünürlər. Bekhem ailəsi Karib adalarına öz uşaqları Bruklin, Romeo, Kruz və Xarperlə 27 dekabr yola düşəcək.