“Trabzonspor” prezidenti polis tərəfindən saxlanılıb

17 Dekabr 2013 19:45 (UTC+04:00)

Türkiyədə bu gün səhər başlayan polis əməliyyatı çərçivəsində "Trabzonspor" idman klubunun prezidenti İbrahim Hacıosmanoğlu da saxlanılıb.


Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İ. Hacıosmanoğlu İsveçrədən qayıdarkən Ankara "Əsənboğa" hava limanında polis tərəfindən saxlanılaraq idarəyə aparılıb. İ. Hacıosmanoğlunun hansı səbəbdən saxlanıldığı bəlli olmasa da, olayın bu gün həyata keçirilən həbslərlə əlaqəli olduğu bildirilir.

 

Xatırladaq ki, bu gün səhər Türkiyədə 3 nazirin övladı da daxil olmaqla, bəzi vəzifəli şəxslər və iş adamları həbs edilib.