Qalmaqallı aktrisa: "Bütün sirləri faş edəcəyəm"

17 Dekabr 2013 22:00 (UTC+04:00)

Məşhur amerikalı aktrisa, qalmaqalları ilə gündəmdən düşməyən Lindsi Lohan avtobioqrafik kitab yazdığını açıqlayıb.


Milli.Az TMZ-yə istinadən bildirir ki, o, yaşamının indiyədək açıqlanmamış məqamlarından bəhs edəcəyini bildirib.

"Bütün sirlərimi faş edəcəyəm. Cinsi həyatımdan tutmuş, narkotik maddələr qəbul etməyimədək hər şeydən bəhs edəcəyəm. İnsanlar kim olduğumu bilməlidirlər", - Lindsi deyib.


Onun sözlərinə görə, reabilitasiya dönəmində olarkən yazdığı gündəlik kitabının əsasını təşkil edəcək.