Ermənilər atəşkəsi pozublar

18 Dekabr 2013 10:12 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Nəmirli, Tərtər rayonunun Qızıl Oba, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.