“Möhtəşəm maşın”da dj Çinanı kim ağlatdı?

18 Dekabr 2013 10:26 (UTC+04:00)
Dünən "Möhtəşəm maşın" şousunda stilist Anar Ağakişiyevin səs toplayaraq aparıcı Şəhriyar Əbilovu oyundan çıxarması iştirakçılar və tamaşaçılar arasında narazılığa səbəb olub. Mövqe.az-ın məlumatına görə, artıq 15 iştirakçı ilə yoluna davam edən kollektiv dünən Şəhriyar Əbilovdan başqa Eduard Məmmədovu da yola salıblar. Ancaq idmançı E. Məmmədov maşından öz razılığı ilə əlini çəkib. Övladı xəstə olan idmançı evə qayıtmaq məcburiyyətində qalıb.  3 şəkli qutudan çıxan Anar isə tribunaya çıxaraq, tamaşaçılardan səs istəyib. Tamaşaçı Anarı şouda 68,62% səslə saxlayıb. Anara qarşı açıq mübarizə aparan isə Roza Zərgərli olub. Roza tamaşaçıların Anara getsinə səs verməsini istəyib. Şounun sonunda 14 nəfər iştirakçıya qarşı tək mübarizə aparan və onları da aktiv mübarizəyə səsləyən Anar Rozanı yox məhz aparıcı Şəhriyar Əbilovu güclü rəqib hiss etdiyi üçün çıxardığını bildirib. Şəhriyar Əbilovun çıxmasını görən şounun digər iştirakçısı Dj Çina göz yaşlarına hakim ola bilməyib. Şəhriyar Əbilov isə bütün iştirakçılarla sağollaşaraq şounun aparıcısı Murad Dadaşovdan bu sözü eşidib: " Maşın əldən getdi! "