Facebookda yenilik

18 Dekabr 2013 11:55 (UTC+04:00)

Hal-hazırda demək olar ki, hamının istifadə etdiyi facebooka yenilik gəlir. Mövqe.az xəbər verir ki, sosial şəbəkənin yaradıcıları yeni "like" (bəyən) düyməsini icad etmək qərarına gəliblər. Onlar bildirib ki, istifadəçilər bəzən öz emosiyalarını iki düymə ilə ifadə edə bilmirlər. Ona görə də, Facebook Messengerdə yeni "like" düymələri yaranacaq. Qeyd edək ki, sosial şəbəkənin istifadəçiləri onları pulsuz yükləyə biləcəklər.