ABŞ Azərbaycanı təbrik etdi

18 Dekabr 2013 11:53 (UTC+04:00)

ABŞ-ın Azərbaycandakı səfirliyi "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması ilə əlaqədar bəyanat yayıb

ABŞ-ın Azərbaycandakı səfirliyi "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması ilə əlaqədar bəyanat yayıb. 

Bəyanatda, Ağ Evin "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanmasının uğurla başa çatması münasibətilə təbrik etdiyi bildirilir: "Amerika Birləşmiş Ştatları Azərbaycan hökumətini və Azərbaycan Respublikası Dövlət Neft Şirkətini, "Şahdəniz" konsorsiumunun özəl pay sahiblərini və "Cənub" qaz dəhlizi boyunca yerləşən bütün ölkələr də daxil olmaqla digər iştirakçı tərəfləri bu münasibətlə təbrik edir".


Qeyd olunur ki, bu sənəd və nəzərdə tutulmuş boru xətləri Türkiyə, Cənubi Avropa, Balkanlar və Avropanın digər ölkələrinin enerji təhlükəsizliyinin təminatı üçün çox faydalı olacaq: "Xəzər qazını beynəlxalq bazarlara çıxaracaq bu layihə davamlı iqtisadi artım üçün önəmli olan qlobal enerji ehtiyaclarının ödənilməsinə töhfə verəcək.

ABŞ-ın Azərbaycandakı səfiri bəyanatda deyir: "Mən fəxr edirəm ki, bir neçə il ərzində bu layihədə iştirak etmişəm və bugünkü tarixi sazişin imzalanmasının şahidi olmuşam".