2013 - cü ilin son bombası!

18 Dekabr 2013 12:47 (UTC+04:00)

Sosetik sevgilisi Tuğana Savğıdan keçən həftə ayrılan Hacı Sabancı  özünə yeni sevgili tapıb.  Mövqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ailəsinin də razılığı ilə Savğı ilə əlaqəsini bir müddət əvvəl sonlandıran Sabancı, 3 həftədir məşhur model Dəniz Akkayayla birlikdədir.Yoldaşları vasitəsilə tanış olub smslərlə əlaqələrini inkişaf etdirən Hacı Sabancı ilə Deniz Akkaya gizli eşqlərini ən yaxınlarından belə gizlədirlər. "Anadolu Yakasında" gözlərdən uzaq lüks balıq restoranlarında və kafelərdə görüşən Sabancı ilə Akkaya, yeni ili birlikdə keçirmək üçün xüsusi planlar da qurur. Cütlük hələlik heç bir açıqlama vermək istəmir.