Hava yenidən dəyişəcək

18 Dekabr 2013 14:02 (UTC+04:00)

Bakı və Abşeron yarımadasında dekabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.  Gündüz mülayim şimal-qərb küləyi əsəcək.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 0-3 , gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.  Azərbaycanın rayonlarında dekabrın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  5-10 dərəcə  isti,  dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 14-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.