Lüks sürgün

30 May 2012 15:19 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ-ın Suriya Prezidenti Bəşər Əsəd üçün təklif etdiyi "Yəmən formulu"nun detalları müəyyən olub. ABŞ Prezidenti Barak Obama Əsəd və ailəsinin Suriyadan ayrıldıqdan sonra yaşayacağı yer kimi Rusiyanı düşünməkdədir. Bu formula əsasən Əsəd və ailəsinin bundan sonrakı həyatlarını davam etdiə bilmələri üçün küllü miqdarda pul və cəvahirat götürməsinə icazə veriləcək. Əsədin beynəlxalq məhkəmədə ittiham olunmamasına zəmanət verilməsi də planlaşdırılır.