Instagramda ən çox sevilən şəhər Nyu York - FOTOLAR

18 Dekabr 2013 15:43 (UTC+04:00)

Şəkil paylaşma saytı Instagram , istifadəçilərə anlıq çəkdikləri fotoşəkilləri və xatirələrini paylaşma imkanı təqdim edir. Xüsusilə gəzdikləri maraqlı yerlərin görüntülərini paylaşan Instagram istifadəçiləri , beləliklə heç görmədiyiniz yerləri belə görməyinizə imkan verir. 2013-ci ildə ən çox paylaşılan şəhər isə Nyu York olub. Turistlər və şəhər sakinləri tərəfindən çəkilən fotoşəkillərin paylaşılması nəticəsində birinci yerdə olan Nyu York şəhərini Taylandın paytaxtı Bangkok ikinci sırada təqib edir. Times Square , Central Park və High Line Nyu Yorkda ən çox paylaşılan yerlərdir , dünya səviyyəsində ən çox fotoşəkili paylaşılan yerin Taylandın paytaxtı Banqkokda olan Siam Paragon adlı ticarət mərkəzi olub.


Video və şəkil paylaşımlarının 60 faizi London , Sao Paolo , Bangkok və Moskva kimi ABŞ xarici şəhərlərdə yaşayanlar tərəfindən reallaşıb.