Yaponiya sahillərindən Amerikaya üzən balıqda radioaktiv zəhər tapılıb

30 May 2012 15:49 (UTC+04:00)

Sakit Okeanda yaşayan və Kaliforniya sahillərində tutulmuş böyük tuna balığında ötən il Fukuşimada baş vermiş nüvə insidentindən qalma radioaktiv çirklənmə aşkar olunub.

Çox güman ki, balıq Yaponiya sularında üzərkən çirklənib və sonra okeanın o biri başına hərəkət edib.

Alimlər deyir ki, çirklənməsinə baxmayaraq, balıq yeyilmək üçün yararlıdır.

Bu məsələnin önəmi ondan ibarətdir ki, başqa yerlərə köçən heyvanlar özlərilə uzaq məsafələrə çirklənmələr daşıyır.

"Bu, ekoloji regionların, minlərlə kilometr uzaqda olsa belə, bir-birilə nə qədər əlaqəli olmasının göstəricisidir", Nyu Yorkdakı Stony Brook universitetinin professoru Nicholas Fisher BBC News-a deyib.

Fukuşima çirklənməsi heyvanların miqrasiya hərəkətini izləmək üçün faydalı bir vasitədir.

2011-ci ildə Yaponiyada zəlzələ və sunamidən sonra Fukuşima nüvə zavodu ciddi qəzaya uğramışdı.

 Türkan Nadirqızı

Movqe.Az