Aygün Faiqə qardaşım deyə müraciət etdi-FOTO FAKT

18 Dekabr 2013 15:51 (UTC+04:00)
Mövqe.az-ın məlumatına görə, bu gün xalq artisti Faiq Ağayevin anası Səfayə xanımın ad günüdür. Xalq artisti anasını belə təbrik edib:"Bu həyatda ən çox sevdiyim insan, arxa-dayağım, stimulum, kumirim, səadətim, ilham pərim və mənə bu dünyada yaşamaq imkanı bəxş edən əziz anamın ad günüdür.Allah bütün anaları qorusun!"


Xalq artistini sevənləri ilə yanaşı sənət dostları da təbrik edib. Aygün Kazımova Faiq Ağayevin anasını "anamız" adlandırıb və xalq artistinə qardaşım deyə müraciət edib. Diva eyni zamanda yer kürəsində olan bütün analara can sağlığı, uzun ömür arzu edib.