Anfisa Çexova: “Səbinə Babayeva - əsil azərbaycanlı gözəli deyil”

30 May 2012 16:09 (UTC+04:00)

Rusiyanın populyar teleaparıcısı Anfisa Çexova Twitter – də "Avroviziya – 2012" musiqi yarışmasının Azərbaycan təmsilçisi haqda olan fikirlərini bölüşüb.

Rusiya televiziyasının divası "Avroviziya – 2012" yarışmasını diqqətlə izləyir və bu haqda fikirlərini sosial şəbəkələr də, bölüşürdü.

"Avroviziya – 2012" yarışmasının iştirakçılarından teleaparıcı öz favoritlərinin adını yazıb: "Mənim favoritlərimarasında: "Buranov nənələri", İtaliya, Serbiya, Kipr,Türkiyə, Litva, Azərbaycan var. İsveç məlum məsələdir ki, qalib gələcək. Lakin mənim favoritlərim arasında o yoxdur".

 

"Mənə elə gəlir ki, bu dəfə ki, "Avroviziya" yarışmasında gözəl qızların sayı çoxdur. Başa düşmürəm bakılılar özlərini necə ələ ala bilirlər?", - Anfisa Çexova yazıb.

Qeyd edək ki, Azərbaycanlı təmsilçi Səbinə Babayeva haqda teleaparıcı bunu yazıb: "Buda bir daha real olmayan Azərbaycan gözəli. Başa düşmürəm niyə deyirlər ki, dünyanın ən gözəl qızları Rusiyadadır. Azərbaycan qızları seriallarda kı qızları xatırladır. Bakının qızları çox gözəldirlər".

Türkan Nadirqızı

Movqe. Az