iPad Air-ə rəqib gəlir?

18 Dekabr 2013 17:15 (UTC+04:00)

Applenin 2014 modelləri üçün hazırlanan konsept videoları paylaşılmağa davam edir! 

Ötən payız aylarında Apple tərəfindən rəsmi təqdimatı reallaşdırılan iPhone 5s və iPhone 5C-dən dərhal sonra yayılan dedi-qoduların mövzu başlıqları da təxmin etdiyiniz kimi iPhone 6 ilə bağlıdır.  2013-cü ilin oktyabr aylarında tanıdılan iPad Air ilə yeni münasibət qurmaq istədiyi düşünülən Applenin , yeni nəsil iPhone modelinin " 6" yerinə " Air " olaraq görünəcəyi iddia edilmişdi. Sürətlə yayılan bu dedi-qodulardan sonra dizaynlara başlayan tanınmış adlar , iPhone Air və iPhone 6C üçün xüsusi şəkillər və videolar nümayiş etməyə başlayıb.