Duman yox, çirkli havadır!

18 Dekabr 2013 18:07 (UTC+04:00)

Makedoniyada yaranan sıx hava çirkliliyi səbəbiylə ölkədə fövqəladə hal elan edilib. Paytaxt Skopye ilə yanaşı Kalkandelen , Manastır və Kırçova şəhərlərində şənbə gününə qədər fövqəladə tədbirlər hakim olacaq.

Nazirlikdən edilən yazılı şərhdə , fövqəladə vəziyyət tədbirləri haqqında məlumat verilib. Şərhdə , sosial və ya özəl sektorda çalışan hamilə qadınlar və 60 yaş üstü bütün vətəndaşların , fövqəladə vəziyyətin davam etdiyi müddət ərzində işlərindən azad tutulmaları , açıq sahələrdə çalışmaq məcburiyyətində olan vətəndaşların , 11.00-17.00 saatları arasında işləməmələri, məktəb və körpələr evləridə isə bədən tərbiyəsi dərslərinin bağlı sahələrdə edilməsi lazım olduğu deyilib.