Salma Xayek, qızı, həyat yoldaşı, dayəsi və cangüdəni səyahətə çıxıblar

30 May 2012 15:55 (UTC+04:00)

Movqe.Az Türkiyə Mətbuatına istinadən xəbər verir ki, Ağdənizə səfərə çıxan məşhur film və televiziya ulduzu Salma Xayek, qızı Valentina Paloma, fransalı həyat yoldaşı Fransua Anri Pino, dayəsi və cangüdəni ilə Yunanıstanın Sömbeki (Simi) adasından sonra Bodruma gəlib.

S.Xayek Türkiyənin Mədəniyyət və Turizm Naziri Ərtoğrul Günayın 1 ay əvvəl açılış mərasiminə qatıldığı otelə yerləşib.

S.Xayek və yanındakılar 3 gün oteldə istirahət edəndən sonra Yunanıstanın Leros Adasına səfərlərinə davam edəcəkləri öyrənilib.

Fuad Mədətov

Movqe.Az