Bakıda bağlanmış yol açıldı - YENİLƏNİB - FOTO

18 Dekabr 2013 19:41 (UTC+04:00)
Tbilisi prospektinin bağlanmış hissəsi açılıb. Bu barədə Milli.Az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat veriblər. 

Tbilisi prospektinin Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində aparılan rəngləmə işləri başa çatdığından yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

----------
11:43

Bakıda daha bir yolda hərəkət məhdudlaşdı. 

Tbilisi prospektinin Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində aparılan rəngləmə işləri ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Bu barədə Milli.Az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat veriblər. 

Sürücülərə alternativ olaraq Ceyhun Səlimov küçəsindən və Həsən bəy Zərdabi prospektindən istifadə etmələri tövsiyə olunur.