"Möhtəşəm Maşın"da möhtəşəm oyun: Günel açıq mübarizə apardı və... -VİDEO
19 Dekabr 2013 10:40 (UTC+04:00)
Dünən "Möhtəşəm Maşın" şouda möhtəşəm oyun baş tutub. Mövqe.az-ın
məlumatına görə, dünən qutudan 6 şəkil müğənni Günay İbrahimliyə, 5
şəkil isə aparıcı Günel Hümbətovaya məxsus olub. Tribunaya xalqdan
səs istəməyə çıxan Günay İbrahimli şounun sonuna kimi Günel
Hümbətovanı çıxaracağını etiraf etməsə də, lakin Günel Hümbətova
üzərində olan təhlükəni hiss edərək, Günaya getsinə səs istəyib. Və
beləliklə dueldə aparıcı müğənniyə qalib gəlib. Sona qədər Günay
İbrahimli Güneli çıxartmayacağını desə də, sonda səs toplamasa da,
Murad Dadaşovun " Əgər səs toplasaydınız kimi çıxaradınız" sualına
Günel Hümbətovunu cavabını verib. Günay bildirib ki, guya ki, Günel
onunla düz nə az, nə çox 4 ildir ki, mübarizə aparır. Günel isə bu
iddianı əsassız adlandırıb və bildirb ki, həmişə Günayı aparıcılıq
etdiyi verlişlərə dəvət edib və onunla həm də qrup yoldaşı olub.
Buna baxmayaraq Günay İbrahimli fikrindən daşınmayıb.
Günel iddia edir ki, Roza Zərgərli özü qorxduğu üçün tribunaya
çıxmır. Çünki çıxsa səs toplamayacaq. Buna görə də zəif
iştirakçıları qabağa verir ki, sona özü qalsın. Bu sözlərdən sonra
Roza Zərgərli və onun komanda yoldaşı Anar Ağakişiyev "Maşın"dan
getmək istədiklərini desələr də, maşından əlini çəkib, gedən
olmayıb.
Şounun maraqlı məqamlarından biri də açıqlanıb. Günel bildirib
ki, iştirakçı Mirsalam Mirsalamov Güneli atasının qəbrinə and
içdirib ki, onu çıxartmayacaq. Beləliklə digər oyunçular tərəfindən
təklənən Günelin bu gün şounu tərk etməsi barədə söz-söhbət
gəzməkdədir.
Qeyd edək ki, "Möhtəşəm Maşın " 14 iştirakçı ilə yoluna davam
edir.