Elmir Vəlizadə: "E-hökumət portalından istifadə edənlərin sayı 246 min nəfərə çatıb”

19 Dekabr 2013 10:25 (UTC+04:00)

"Hazırda"elektron-hökumət" portalından istifadə edənlərin sayı 246 min nəfərə çatıb . Əvvəl isə bu rəqəm 7 min idi". Movqe.az-ın xəbərinə görə, bu sözləri "İnformasiya əldə etmək hüququ və açıq cəmyyət" mövzusunda keçirilən konfransda Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə söyləyib. E. Vəlizadə bildirib ki, rəqəmlərin müqayisəli təhlili göstərir ki, e-hökumət portalına daxil olmalar günü-gündən artır: "Artıq portaldan istifadə edənlərin portalda qaldıqları vaxt da artır. İndi portala daxil olanlar portaldan istifadə edərkən 5 dəqiqə vaxt sərf edir. Portaldan istifadə etmək üçün portala giriş şaxələri artıb. Bunlardan biri e-imzanın tətbiqidir. İndi mobil telefonlardan da e-hökumət portalına giriş mümkündür. Dövlət qurumları tərəfindən əldə edən e-imzaların sayı 13 min, vətəndaşlar tərəfindən isə əldə edilən e-imzaların sayı 6 minə çatıb. "Bakutel-2013" sərgisində bizim keçirdiyimiz aksiya nəticəsində 4 gündə 1048 nəfərə pulsuz e-imza verildi. "E-imza" ya sahib olanların sayı artdıqca e-hökumət portalına da giriş artır. Artıq e-imzaya sahib olanların say artımı göstərir ki, vətəndaşlar e-hökumət portalından istifadə etməyə maraq göstərirlər. Bu isə vətəndaşların xidmət almalarını asanlaşdırır.