Obamanın dili dolaşdı, nə danışdığını bilmədi

30 May 2012 16:54 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, ABŞ prezidenti Obamanın dil dolaşması Polşanı ayağa qaldırıb. Obama, "Alman ölüm düşərgəsi" yerinə "Polşa Ölüm düşərgəsi" ifadəsini işlədib və bu Polşada böyük reaksiyaya səbəb olub.
Barak Obamanın, Ağ Evdə Azadlıq Medalı təqdimatı zamanı polşalı müharibə qəhrəmanı Jan Qarskını təltif edərkən, ''Polşa ölüm düşərgəsi'' ifadəsini istifadə etməsi polşalıların sərt reaksiyası ilə qarşılanıb.
Obamanın ''Polşa ölüm düşərgəsi'' ifadəsi üzərinə dərhal reaksiyalarını ortaya qoyan polşalılar, Obamanın, danışmasında ''Polşa ölüm düşərgəsi'' yerinə, ''Nazı işğalı altında olan Polşadakı Alman ölüm düşərgəsi'' ifadəsini istifadə etməsi lazım olduğunu bildiriblər.
Polşa xarici işlər naziri Radek Sikorski, Obamanın sözlərini ''cahillik və çatışmazlıq'' olaraq xarakterizə edib.
Sikorski, Twitterdə verdiyi açqlamada, Ağ Evin ''bu qorxunc səhvdən'' ötəri üzr istəməsi lazım olduğunu və Polşa Baş naziri Donald Tuskun bu gün mövzuyla əlaqədar açıqlama verəcəyini deyib.
Bu qalmaqalların genişlənməsini istəməyən Ağ Ev, verdiyi açıqlamada Obamanın ''Polşa ölüm düşərgəsi'' sözünu dili dolaşdığı üçün işlətdiyini bəyan edib.