Mobil rabitə tarifləri ucuzlaşacaq

19 Dekabr 2013 11:40 (UTC+04:00)

Azərbaycanda  mobil rabitə tariflərinin azaldılması istiqamətində yeniliklər olacaq. Movqe.az-ın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib. E.Vəlizadə bildirib ki,, mobil rabitə sahəsində xidmət tariflərinin azaldılması məsələsi müzakirə olunur və bu istiqamətdə daim addımlar atılır: "Bu istiqamətdə mobil operatorlar, eyni zamanda dövlət qurumları tərəfindən iş aparılır.  Müzakirələr başa çatdıqdan sonra konkret, detallı məlumat açıqlanacaq. Bu istiqamətdə addımların atılması gözlənilir və mobil rabitə sahəsində qiymətlərə dəyişikliklər baş verəcək".