Elton da burnunu plastik əməliyyat etdirdi ?

19 Dekabr 2013 12:24 (UTC+04:00)

Müğənni Elton Hüseynəliyev burnundan əməliyyat olunub. Müğənninin prodüsseri Anar Mədətov bu barədə Mövqe.az-a məlumat verib. Prodüsser əməliyyatın plastik əhəmiyyət daşıdığını desə də bizə daxil olan etibarlı mənbədən bildirilir ki, müğənninin burnunda müəyyən qədər dəyişiklik olacaq. Anar Mədətov isə israla bunun əksini deyir : " Nəfəsalma problemi var idi, buna görə bıçaq altına yatıb. Heç bir plastik müdaxilə olunmayıb. Ağır əməliyyat deyildi. Yeni il şənliklərinin bütün çəkilişlərdə də olacaq. Özünüz görərsiz ki burda plastik əməliyyatdan söhbət getmir. Bunu deyənlər səhv edir. Plastik əməliyyat etdirsəydi deyərdik. Çünki müğənni üçün və ya adi insan üçün plastik əməliyyat etdirmək ayıb deyil".