"Ancelina Coli sağalsın, ona qurban kəsəcəyəm"

19 Dekabr 2013 12:42 (UTC+04:00)

"Ancelina sağalsın ona qurban kəsəcəyəm" sözlərini deyən azərbaycanlı müğənni Aslan Hüseynov aktrisanın xərçəngə tutulmasından çox pis olub. Mövqe.az xəbər verir ki, "Lider" telekanalında yayımlanan "Pərdə" verlişinə açıqlamasında müğənni bildirib ki, xəbəri eşidəndə depressiya yaşayıb: "Ona kömək etmək istərdim. Heç bəziləri kimi şəkillərimi də paylaşıb, reklam qazanmazdım. Onun sağalması üçün dua edirəm. Hətta xəstəliyinin düzəldiyini eşidəndə qurban da kəsəcəyəm". 


Qeyd edək ki, "Pərdə" verlişinin aparıcısı Zaur Nəbioğludur.