Aygün-Namiq ayrılığının əsl səbəbkarı üzə çıxdı-ŞOK

19 Dekabr 2013 13:53 (UTC+04:00)

Müğənni Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlunun ayrılma səbəbi bəlli olub. Mövqe.az-ın məlumatına görə, ilk dəfə bu barədə "Şou+" verlişində danışan meyxanaçı Namiq Qaraçuxurlu onlar arasında sevgi olmadığını əvvəlcə inkar edib: " Bu sadəcə bir layihə idi. Aygün xanımla aramda heç nə olmayıb".

Aparıcı Tural Ozanın "Eşitdiyimə görə, sizin rəqqasə Oksana Rəsulova ilə gizli eşqinizdən Aygün Kazımova xəbər tutub. Və buna görə də siz ayrılmısınız. Doğrudurmu bu gizli sevgini Aygün Kazımova sizin facebook parolinizi sındıraraq aşikara çıxarıb" sualına isə meyxanaçı gülərək belə cavab verib : " Qulaq asın camaat. Mən danışım rəvayət. Mən bir vaxtı cavandım. Hələ beyni dumandım. Nə isə... Bu söhbətlərə bir daha qayıtmaq istəmirəm".

Dolayısı yolla olsa da, aparıcının sualını təsdiqləyən meyxanaçı,rəqqasə Oksana Rəsulova ilə olan gizli eşqini inkar etməyib.