Bakıda 5-ci mərtəbədən yıxılan qadın sağ qalıb

19 Dekabr 2013 13:54 (UTC+04:00)

Azərbaycanda 5-ci mərtəbədən yıxılan qadın sağ qalıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 18-də Xətai rayonunda qeydə alınıb.

İsmayıllı rayon sakini Anjela Klina qohumu Xəyalə Bayramovanın Xətai rayonu ərazisində yaşadığı 9 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yıxılıb.

O, aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.