Tehran və Ankara qardaşlaşıb

19 Dekabr 2013 14:18 (UTC+04:00)

İran və Türkiyənin paytaxt şəhərləri qardaşlaşıb.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bununla bağlı Tehran və Ankara şəhər bələdiyyələri arasında müqavilə imzalanıb.

Tərəflər arasında saziş dekabrın 18-də Ankara Böyük Şəhər Bələdiyyəsində bağlanıb.