Bakı metrosunda problem yaranıb

19 Dekabr 2013 14:25 (UTC+04:00)

Hazırda Bakı Metropolitenində "28 May"-"Dərnəgül" stansiyaları arasında qatarların hərəkətində problemlər yaranıb və bunun nəticəsində ləngimələr baş verir.

Bakı Metropolitenin mətbuat xidmətindən "APA-Economics"ə bildirilib ki, hazırda yaranmış problemin səbəblərinin araşdırması üçün xəttə mühəndislər göndərilib.

"İndi dəqiq səbəblər hələlik məlum deyil, yaranmış texniki problemlə bağlı vəziyyəti araşdırmaq üçün mühəndislər göndərilib. Hər hansı əlavə məlumat olan kimi, açıqlama veriləcək", - deyə bildirilib.