Movqe.Az "businessinsider.com"a istinadən xəbər verir ki, Dubayın Amerika Universiteti tələbəsi avtodayanacaqdakı lüks avtomobilləri internetdə paylaşıb. Basra Körfəzinin ən zəngin ölkələrindən Birləşmiş Ərəb Əmrliklərinin Dubay şəhərindəki bir universitet son vaxtlar bütün dünyada məşhurlaşıb. Lakin bu məşhurluğun arxasında nə məktəbin beynəlxalq bir müvəffəqiyyəti, nə də elmi işiı dayanır. Özəl Dubay Amerika Universitetinin məşhurlaşmasının səbəbi lüks avtomobillərlə dolu avtodayanacağıdır. Məktəbin şagirdlərindən Meeka Nasserin fərqli günlərdə çəkib internet vasitəsilə paylaşdığı görüntülər bir çox xəbər saytında böyük maraq görüb. İngilis mətbuatı " James Bonddan bir səhnə deyil " şərhini edib. Yaşları 18-24 arasında dəyişən tələbələrin oxuduğu universitet ; Mercedes , BMW , Ferrari , Aston Martin , Rolls -Royce , Lamborghini , Bentley və Porsche kimi lüks avtomobillərlə göz qamaşdırır. Fotoğrafları paylaşan Nasser adlı şagird , "Ən lüks avtomobillər ümumiyyətlə Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olan tələbələrə aiddir. Burada sizin lüks hesab edə biləcəyiniz bir çox avtomobil adidir " deyə sözlərinə əlavə edib.
Porsche Cayenne Turbo
Maserati
Bentley Continental GT
Porsche Cayenne
Başqa bir Continental GT
Mercedes
American muscle
British luxury
Rolls-Royce
Nissan
Audi R8
Mercedes-Benz G Class
Porsche və Ferrari
Prancing Horse
Lamborghini Gallardo
Arxa fonda narıncı Lambo və BMW
Audi R8
Birləşmiş Ərəb Əmirliyi bayrağıyla bəzədilmiş Mersedes