İçərişəhərə və Qobustan qayaüstü təsvirlərinə “gücləndirilmiş mühafizə” statusu verib

19 Dekabr 2013 15:51 (UTC+04:00)

UNESCO İçərişəhərə və Qobustan qayaüstü təsvirlərinə hərbi münaqişələr zamanı "gücləndirilmiş mühafizə" statusu verib.

Movqe.az-ın xəbərinə görə, bu barədə qərar UNESCO-nun Mədəni irsin mühafizəsi üzrə Komitəsinin Parisdə keçirilən 8-ci iclasında qəbul edilib.

 

Qeyd edək ki, Azərbaycan 2011-ci ildə komitəyə müvafiq sorğu verib.