İlqarə Kazımova sevgilisinə:"Sənin diqqətini həmişə hiss edirəm"
19 Dekabr 2013 15:56 (UTC+04:00)
Mövqe.az-ın məlumatına görə xalq artisti Aygün
Kazımovanın qızı İlqarə Kazımova ( at soyadından imtina etdiyi üçün
Kazımova qeyd edirik) sevgilisindən bu səhər qızıl gül buketi alıb.
İlqarə bu diqqətdən çox məmnun qalıb və hisslərini facebook
dostları ilə paylaşıb:
" Gözlənilməz və çox xoşdur! P. S Bizi uzaq
məsafə bir-birimizdən ayırsa da, mən sənin diqqətini həmişə hiss
edirəm. Çoxsağol (R)".
Statusdan da belə məlum olur ki, İlqarə
Kazımovanın sevgilisi Bakıda yaşamır.
