Bankomatdan pul çəkəndə 2 dəfə düşünün!

19 Dekabr 2013 16:09 (UTC+04:00)

Braziliyada saxta bankomat maşını ilə fırıldaqçılıq edən şəbəkə, polisləri belə heyrətə salıb. Sao Paulo şəhərində bir bankın bankomatı üzərinə yerləşdirilən saxta ATM maşını ilə fırıldaqçılıq edən şəbəkə çökdürülüb. Əməliyyat etmək üçün bankomata gələn kəsləri, başqa bankomata istiqamətləndirən dələduzlar, bu sayədə müştərilərin kredit kartı şifrələrini oğurlayıb. Saxta bankomatda əməliyyatın deaktiv xəbərdarlığını nəzərə alan bank müştəriləri isə bilmədən oğruların qurbanı olub. Movqe.Az bildirir ki, qrup tərəfindən, kredit kartı şifrələrinin oğurlandığını və hesablarındakı pulun azaldığınım hiss edən bank müştəriləri isə hadisəni dərhal səlahiyyətlilərə çatdırıb. Polis etdiyi əməliyyatla, şəbəkəni çökdürsə də, soyğunçular tərəfindən edilən saxta ATM maşını polisi belə çaşdırıb.