Azərbaycan parlamentinin bu il keçiriləcək son iclasının tarixi və gündəliyi açıqlanıb

19 Dekabr 2013 20:32 (UTC+04:00)

Azərbaycan Milli Məclisinin (MM) payız sessiyasında növbəti və son iclası dekabrın 27-də keçiriləcək.

MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun APA-ya verdiyi məlumata görə, iclasın gündəliyinə 29 məsələ daxildir.

Bunlar Ombudsmanın, Ali Məhkəmə sədrinin, hakimlərinin, Konstitusiya Məhkəməsi hakimlərinin aylıq vəzifə maaşlarının artımı ilə bağlı sənədlər, o cümlədən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə bağlı bir neçə sənədə dəyişikliklər, Cinayət və Mülki məcəllələrə dəyişiklər və daha bir sıra qanunlara dəyişiklər, eləcə də "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında" Sazişin təsdiqi daxildir.

 

İclasda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət də qəbul olunacaq. Bundan sonra Azərbaycan parlamenti qış tətilinə çıxacaq.