"Azərbaycan Dəmir Yolları" iş rejimini dəyişdi
19 Dekabr 2013 19:37 (UTC+04:00)
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar
Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi
qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi
günü və Yeni illə əlaqədar gucləndirilmiş iş rejiminə
keçib.
QSC-nin mətbuat xidmətindən Trend-ə
verilən məlumata görə, sərnişin sıxlığını qismən də olsa aradan
qaldırmaq üçün Sərnişin daşımaları Departamentinin kollektivi ölkə
daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də
20-25 ədəd əlavə vaqon qoşulmasını təmin edir.
Ehtiyac yarandığı təqdirdə (xüsusilə 20-30 dekabr
tarixlərində) 38//-37 saylı Bakı-Tbilisi sərnişin qatarına əlavə
10-15 vaqonun qoşulması təmin ediləcək.
Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki,
sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan həyata
keçirilir. Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara
qoşulan gün tətbiq olunur.
Sərnişinlər gediş sənədlərini İnternet şəbəkəsi
vasitəsilə Online rejimində də əldə edə bilərlər.
Eyni zamanda Bakı sərnişin stansiyasında gediş
sənədlərinin (biletlərinin) dəyərini plastik kartlardan istifadə
etməklə, bilet kassalarında quraşdırılmış Pos-terminallar
vasitəsilə nəğdsiz ödəyə bilərlər.