Cennifer Lopezin 18 yaş kiçik sevgilisi üzə çıxdı-FOTO

20 Dekabr 2013 12:33 (UTC+04:00)

Dünya ulduzu Cennifer Lopezin özündən 18 yaş kiçik  bir oğlanla birlikdə olduğu barədə məlumat vermişdik. Hətta müğənni toya da hazırlaşır. Mövqe.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni özündən 18 yaş kiçik sevgilisi ilə dünən axşam yemək yedikləri məkanı tərk edən zaman bir arada görüntülənib. Casper Smart sevgilisi Cennifer Lopezin çantasını daşayıb və ona mindiyi avtomobilin qapısını açaraq xidmət göstərib. 

Qeyd edək ki, yaş fərqinə baxmayaraq, cütlüyün arasında sevgi münasibətlərinin qarşılıqlı olduğu bildirilir.