Dörd qat dünya çempionu Pərviz Abdullayev fransız rəqibinə qalib gəldi-VİDEO

20 Dekabr 2013 12:46 (UTC+04:00)

Dekabrın 14-ü Belçikanın Essen şəhərində keçirilən 34-cü peşəkar reytinq döyüşündə azərbaycanlı idmançı peşəkar kikboksinq üzrə 4 qat dünya çempionu Pərviz Abdullayev qalib olub. Mövqe.az-ın məlumatına görə, idmançımız döyüş rinqdə rəqibi fransız idmançısı Alexander Domingosla döyüşüb. Hər raund 3 dəqiqə davam etməklə üç raund döyüşdə azərbaycanlı kikboksçu fransalı rəqibinə tam üstünlüklə qalib gəlib. Qeyd edək ki, Pərviz Abdullayev yarışa "12 May-Kobra" klubunun dəstəyi ilə qatılıb. İdmançımız klubun dəstəyi ilə 2014-cü ilin yanvar ayının 18-i Çündə keçiriləcək növbəti peşəkar döyüşə qatılacaq.

P. Abdullayevin Belçikada baş tutan döyüşünün video görüntüsünü təqdim edirik.