Xatirə İslam özünün xınayaxdı evinin açılışını etdi – FOTOSESSİYA
4 Aprel 2012 19:26 (UTC+04:00)
Dünən müğənni Xatirə İslam yeni ticarət
məkanınını istifadəyə verdi. Movqe.Az xəbər portalının məlumatına
görə, müğənninin "Buta Xınayaxdı Evi" adlı məkanı toy-nişan və
xüsusiylə, xınayaxdı mərasimləri üçün xidmətlər təklif edir.
X.İslam bəzi həmkar dostlarını və doğmalarını ətrafına toplayıb,
məkanın açılışını keçirdi. Mərasimdə sənətçilər Nüşabə Ələsgərli,
Elza Seyidcahan, Sevda Yəhyayeva, aşıq Telli Borçalı iştirak
edirdilər. Hər bir sənətçi Xatirəni təbrik etdilər və ona uğurlar
arzuladılar.
Tədbir maraqlı məqamaları ilə yaddaqalan oldu. Belə ki, müğənni
milli naxışlarla bəzədilən yaşıl rəngli paltarda diqqət çəkirdi.
Hər bir qonaq ilə səmimi, xoş rəftar edən Xatirə, istiqanlılığını
üzərində məkanın adı yazılan tortun ətrafına topladı və tortu
həmkarlarının üçə qədər sayması ilə kəsməyə başladı. Daha sonra
xınayaxdı evi ilə tanış olan qonaqlara xidmətləri haqqında məlumat
verdi.
Müğənni Movqe.Az-a açıqlamasında bildirdi ki, yeni istifadəyə
verdiyi məkanı yüksək səviyyədə xınayaxdı mərasimlərinin təşkili
üçün nəzərədə tutulub. O, müştərilərinə maraqlı təklif etdi:
" "Buta Xına Evi" xanımlarımıza məxsusdur. Xanımlarımızın yüksək
səviyyədə xınayaxdı mərasimini keçirilməsinə xidmət edir. Hər kimsə
bu məkandan sifariş edərsə, həmin şəxsin xınayaxdı mərasimində
mənim yarım saatlıq çıxışım təmənnasız olacaq. Mənə elə gəlir ki,
başqa xınayaxdı evlərindən fərqi və özəlliyi mənim bu cür
təklifimdir və bunun özüdür. Burada olan məhsullar sırf milli
naxışlarla, xüsusiylə, buta nişanı ilə bəzədilib. Həmçinin müasir
naxışlardan da istifadə etmişik ki, bu da milli paltarlarımız
üzərində həkk olunub. Fotosesiyanın, müxtəlif təamlı, ləziz
şirniyyatların və başqa mərasim ilə bağlı xidmət göstəririk", -
X.İslam qeyd etdi.
X.İslama "Rəqqasə Fatimə Fətəliyeva və aktrisa Tünzalə Əliyeva da
toy mərasimləri üçün bu cür məkan sahibləridirlər. Ola bilər ki, bu
tendensiya rəqabət xarakterlidir?" sualı ilə müraciət etdik.
Müğənni isə suala belə cavab verdi:
"Ölkəmizdə, 9 milyon əhaliyə xidmət göstərən beş-altı xına evi var.
Bu cür məkanlar az olmasın da, çox olsun. Daha çox olsa, yaxşı
olardı. Allah hamının öz xeyirini versin!", - müğənni dedi.
Fuad Mədətov


















