Tanınmış qarmon ifaçısı Aslan İlyasov vəfat edib

20 Dekabr 2013 13:31 (UTC+04:00)

Tanınmış qarmon ifaçısı Aslan İlyasov bu gün dünyasını dəyişib.

A. İlyasovun oğlunun APA-ya verdiyi məlumata görə, atası 13:00 radələrində evdə vəfat edib: "Xəstəxanaya götürə bilmədik. Birdən-birə halı pisləşdi, bizi tək qoyub getdi".

Qeyd edək ki, Aslan İlyasov uzun müddətdir sirrozdan əziyyət çəkir.