İsrail bunun əvəzini çox ağır ödəyəcək

30 May 2012 18:26 (UTC+04:00)

İsrailin xarici işlər nazirinin məsləhətçisi Meir Rosen ''Mavi Mərmərə'' hücumu ilə əlaqədar açılmış istintaq işi çərçivəsində 4 israilli hərbiçi haqqında qəbul ediləcək həbs qərarına ölkəsində ciddi yanaşılmasının vacibliyi barədə xəbərdarlıq edib.

M.Rosen "İsrail 7" kanalının internet saytında yayımlanan açıqlamasında Türkiyənin 4 israilli zabit haqqında həbs qərarı çıxaracağına diqqət çəkərək, Binyamin Netanyahu hökumətini bu məsələ ilə bağlı dünya dövlətlərindən kömək istəməyə çağırıb.

O xəbərdarlıq edərək bildirib ki, Türkiyə həbsə sanksiya versə, onda İnterpola üzv olan bütün dövlətlər israilli zabitləri həbs edə bilərlər: "Əgər İsrail Türkiyə hökumətinin qərarlarını ciddi qəbul etməsə, bunun əvəzini çox ağır ödəyəcək".