Şou əhlinin "yolka" qiymətləri - SoRğU

20 Dekabr 2013 14:34 (UTC+04:00)

Həmişə bahalı maşınları, qiymətli daş-qaş və geyimləri ilə gündəmi zəbt edən şou əhli yeni il öncəsi bahalı yolkaları ilə diqqət çəkib. Movqe.az şou əhlinin bəzədikləri yolkaların qiymətini təqdim edir.


Aparıcı Ülvira Qarayeva: "Qızım artıq böyüyüb. 14 yaşı var. Sonuncu dəfə yolkanı keçən il almışıq. Təxminən 200 manat olardı. Ancaq üstündə bəzəkləri, oyuncaqları ilə birgə o qiymətə almışıq. Bu il də yolka quracağıq və Yeni ili sevə-sevə qeyd edəcəyik".


Prodüsser Tolik: " Mənim yolkam keçən ildən qalıb. Amma mən bu bayramı çox sevirəm və ən bahalı yolka əşyaları alıram. Hətta şaxtababanı Moskvadan alıb, gətirmişəm. Meksikadan isə xüsusi yolka bəzəkləri almışam".


Müğənni Bilal Əliyev : " Xalqım necə məndə elə. Ola bilər 5 aşağı 5 yuxarı olsun. Yolkanı 70 AZN-ə almışam. Yeni il üçün hazırlığa isə 300 AZN xərcləmişəm".


Aparıcı Murad Arif: "2 il öncə yolka almışam. Tam xərclərim yadıma gəlmir. Amma yolka 1000 AZN-ə yaxın qiymətdə idi".


Rəqqasə Aytən:" 2 ildir eyni yolkadan istifadə edirəm. 100 AZN-ə almışam".


Müğənni Elnarə Xəlilova: " Yeni il hazırlıqlarına pul xərcləməmişəm. Çünki mənim "apppachilərim" qoymayacaq ki, bu yolka heç olmasa 2 saat salamat qala... ".


Müğənni Nadir Qafarzadə: "Uşaqlarımın 17- 18 yaşları var. Artıq yolka qurulması onlar üçün də, bizim üçün də maraqsızdır. Qurmayacağıq. Yolkanı da çoxdan almışıq. Yeni il xərclərinə isə o qədər də pul xərcləməyəcəm. Çünki soyuducum doludur. Soyuducuda ət də, balıq da, toyuq da var. Şükür Allaha ki, Allah bu imkanı verir və biz də canımıza baxmalıyıq. Çünki 5 günlük dünyadır. Bir də anam məni doğacaq ? Yox, əlbəttə ki... Düzdür imkansız insanlar da var. Onları da başa düşürəm ki, bayramdan-bayrama yaxşı yemək yeyirlər. Amma normal imkanı olanlar yaxşı qidalanmalıdır ki, xəstələnməsinlər. Onsuzda xəstələnəndən sonra iynə-dərmana o pulu sərf edəcəklər. Ondansa pul xərcləsinlər, yaxşı qidalansınlar, simiclik etməsinlər".


Müğənni Lətifə Soyusöz: "Yeni il bayramını çox sevirəm. Hər il bu bayrama xüsusi hazırlaşıram. Evimin dekorundan tutmuş, hər şeyə xüsusi fikir verirəm. Elə ona görə də çox pul xərcləyirəm. Amma keçən illərdən qalan əşyalar da olur. Hələki tam alış-veriş etməmişəm. Amma 1000 AZN xərcləmişəm. Amma bir-iki günə alış-verişim tamamlanacaq. Yolkanı isə 650 AZN-ə almışam".


Prodüsser Təranə Səmədova : " Deməli mənim 4 yaşlı qızım var. Ona görə mütləq yolka bəzəməli idim. Amma elə yolka ki, onun əli çata bilməsin. Yoxsa o yolkanın ömrü max 1 saat çəkər. Onun üçün balaca bir küknar ağacına 40 AZN verib, almışam. Oyuncaqları, zərləri və işıqları da öz yerində... Amma mənim qızım bununla kifayətlənməyib, məni yenə 40 AZN xərcə saldı. Bu dəfə də mənə şaxtababa və qarqız aldırdı. Özü də, hər ikisi də olmalı idi".

Müğənni Lətifə Soysöz: Yeni il bayramını çox sevirəm. Hər il bu bayrama xüsusi hazırlaşıram. Evimin dekorundan tutmuş, hər şeyə xüsusi fikir verirəm. Elə ona görə də çox pul xərcləyirəm. Amma keçən illərdən qalan əşyalar da olur. Hələki tam alış-veriş etməmişəm. Amma 1000 AZN xərcləmişəm. Amma bir-iki günə alış-verişim tamamlanacaq. Yolkanı isə 650 AZN-ə almışam".


Müğənni Yaşar Yusub : " Yolkanın qiymətini açıqlamaq istəməzdim. Amma ki, mən bu il yeni il keçirtməyəcəm. Çünki Məhəmməd peyğəmbərin vəfatı günüdür".


Meyxanaçı Namiq Qaraçuxurlu: " Bu il yeni ili qeyd etməyəcəm. Yolka qurmamışam. Çünki bu il Məhəmməd peyğəmbərin vəfatı günüdür".