Rafet El Roman keçmiş həyat yoldaşıyla duet oxuyacaq

30 May 2012 18:27 (UTC+04:00)

Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçən il həyat yoldaşı müğənni Tuğba Altıntop ilə barışan məşhur müğənni Rafet El Roman təəccüblü addım atıb. R.E.Roman T.Altıntop ilə birlikdə yeni işbirliyinə başlayacaqlar.

T.Altıntop hazırlayacağı sinql ilə bağlı "Rafet mənə çox yaxşı bir mahnı hazırlayır. Onunla duet oxuyacağam. Sinql albomu yay fəsilinin sonunda hazır olacaq. Bu işin ən yaxşı olacağına və yaxşıların arasında yer alacağına inanıram".

Fuad Mədətov

Movqe.Az