Parlament mini ətəkləri qadağan elədi
21 Dekabr 2013 11:30 (UTC+04:00)
Uqanda parlamenti ölkə ərazisində mini ətək geyinilməsini qadağan
edən qanun layihəsini qəbul edib. Milli.Az Rusiya mətbuatına
istinadən bildirir ki, ölkə başçısının imzasından sonra qanun
qüvvəyə minəcək.
Qanuna əsasən, tək mini ətəklər deyil, belə paltar geyinən
qadınların foto və videoları da qadağan edilir. Nəticədə Uqandanın
televiziya efirində Qərb istehsalı olan filmlər və musiqi klipləri
göstərilməyəcək.
Mini ətəklərin qadağan edilməsi ölkədə pornoqrafiya ilə mübarizə
haqqında qanun layihəsinin az bir qismidir. Qanuna əsasən,
cəlbedici mimik ifadələr və səs tonları da pornoqrafiya hesab oluna
bilər.