Puqaçova camaata "çin işgəncəsi" verdi

21 Dekabr 2013 17:00 (UTC+04:00)
Rus estradasının primadonnası Alla Puqaçova ana olduqdan sonra səhnəyə yeni mahnı ilə qayıdıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Puqaçova Rusiyanın ictimai televiziyasında yayımlanacaq "Noviy qod na pervom" verilişinin çəkilişlərində iştirak edib. Müğənni "Tsvetok oqnya" (Alov çiçəyi) adlı yeni mahnısını ifa edib.

"Mosfilm"in pavilyonunda həyata keçirilən çəkiliş asan olmayb. Çəkiliş qrupunun üzvləri Rusiya estradasının kraliçasının bütün kaprizlərinə dözməli olublar.

Puqaçova tələb edib ki, mahnı ifa olunarkən tamaşaçılar əllərində şam qaldırsınlar. İnzibatçılar təcili olaraq bir qutu ağ şam tapıb tamaşaçılara paylayıblar.