Azərbaycan ərazisində istirahət günü hava yağmursuz keçəcək, Bakıda 10 dərəcə isti gözlənilir

21 Dekabr 2013 13:42 (UTC+04:00)

Abşeron yarımadasında dekabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 1-4, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında dekabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz  6-10 dərəcə  isti,  dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.