Azərbaycanda pensiyalar artırılacaq
21 Dekabr 2013 16:45 (UTC+04:00)
2014-cü ildə Azərbaycanda pensiyaların orta aylıq
məbləği 10,8 faiz artaraq 183 manata
çatacaq.
Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun
(DSMF) sədri Elman
Mehdiyev hakim Yeni Azərbaycan
Partiyasının rəsmi saytına müsahibəsində deyib.
E.Mehdiyev bildirib ki, pensiyaların orta aylıq
məbləği cari illə müqayisədə 10,8 faiz artaraq 183 manata, o
cümlədən yaşa görə pensiya üzrə 11,9 faiz artaraq 186 manata,
əlilliyə görə pensiya üzrə 8,6 faiz artaraq 132 manata, ailə
başçısını itirməyə görə isə 10,4 faiz artaraq 131 manata çatacaq:
"Nəticədə Azərbaycan Respublikası son 10 il üzrə pensiyaların artım
dinamikasına görə MDB-də qabaqcıl mövqeyini 2014-cü ildə də
saxlayacaqdır".
DSMF sədri qeyd edib ki, hazırda Azərbaycanda əmək
pensiyalarının baza hissəsi 128 ABŞ dollarıdır və bu, MDB məkanında
Qazaxıstandakı 185 dollar və Belarusdakı 129 dollar səviyyəsindən
sonra 3-cü göstəricidir. Bu məbləğ Rusiyada 108,7 dollar, Ukraynada
isə 118,8 dollar təşkil edir".
Onun sözlərinə görə, hazırda Azərbaycanda əmək
pensiyalarının baza hissəsi 128 ABŞ dollarıdır və bu MDB məkanında
Qazaxıstandandakı 185 ABŞ dolları və Belarusdakı 129 ABŞ dolları
səviyyəsindən sonra 3-cü göstəricidir. Bu məbləğ Rusiyada 108,7 ABŞ
dolları, Ukraynada 118,8 ABŞ dolları təşkil edir:
"Son 10 ildə əmək pensiyalarının orta aylıq
məbləği 9,2 dəfə, minimum məbləği 7,1 dəfə artıb ki, bu da MDB-nin
pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti arasında ən
yuxarı artımdır və bu göstərici üzrə ikinci yerdə qərarlaşmış
Qazaxıstandan 1,4 dəfə yuxarıdır".
E.Mehdiyevin sözlərinə görə, bu gün əmək
pensiyalarının baza məbləği 100 manat, orta aylıq məbləği isə 170
manat təşkil edir.