Rəqsanə qızının qoşulub qaçma xəbəri barədə danışdı

21 Dekabr 2013 18:46 (UTC+04:00)
Hazırda Türkiyədə olan müğənni Rəqsanə İsmayılova qızının qoşulub qaçması xəbərinə münasibət bildirib. Lent.az-n məlumatına görə, müğənni qızıyla bağlı xəbərə "İnstagram" səhifəsində aydınlıq gətirib: 

"Bəzi saytlar yazıb ki, qızım qaçıb. Amma qızım yanımdadır. İndi bu şəkli də ona görə paylaşdım ki, görsünlər. Bir şeyi dəqiqləşdirmədən bu cür gülməli şeylər yazırlar".