"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılacaq"

30 May 2012 20:07 (UTC+04:00)

ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri iyunun 6-da baş tutacaq.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib.

O jurnalistlərə deyib ki, H.Klintonun Bakıda Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşləri planlaşdırılıb.

Onun səfəri zamanı regiondakı vəziyyət, strateji tərəfdaşlıq məsələləri, Dağlıq Qarabağ münaqişəsi, habelə enerji sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılıb.